8 noyabr 2013 13:35
Əfran İsmayılov 2500 AZN alacaq
Sentyabr və oktyabr ayları üçün futbol üzrə Topaz Premyer Liqasının ən yaxşı oyunçuları və qol müəllifləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, sentyabrın ən yaxşı oyunçusu "Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılov, oktyabr ayının ən yaxşısı isə "Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo olub.
Əfran İsmayılov həmçinin sentyabr ayında vurulmuş ən gözəl qol müəllifidir. "Bakı"nın hücumçusu Rauf Əliyev isə bu uğurun oktyabr mükafatçısıdır.
Ən yaxşı oyunçular Topazdan hərəyə 1500 manat, ən gözəl qol müəllifləri isə 1000 manat mükafat alacaqlar.
