8 noyabr 2013 13:13

Ze Miqel: Azərbaycan yığmasının legionerlərə ehtiyacı yoxdu

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Ze Migel azerisport.az saytına müsahibəsində öz təyinatı, tapşırıqları və Avropa oyunları haqda danışıb.
 
Azərbaycan yığmasına təklif haqda nə qədər düşünmüşünüz?
Düzü, çox düşünməmişəm.
 
Ölkəmiz sizi nə ilə maraqlandırıb?
Başqa ölkələrlə müqayisədə çimərlik futboluna ölkənizdə maraq böyükdür. Gəlişimin səbəblərindən biri yığma oyunçularının səviyyəsidir. Buna qədər mən onların bir neçə oyununu görmüşəm.
 
Deməli, sizin başqa təklifləriniz olub?
Bəli, belədir. Ancaq Azərbaycanı seçəndən sonra, başqa təklif haqda danışmaq istəmirəm.
 
Siz Bakıda qısa toplanış həyata keçirdiniz. Yeni oyunçularınız xoşunuza gəlir?
Mən onlarla bir neçə məşq keçdim. Ümumilikdə oyunçuların hazırlığından razıyam. Ancaq hələ hazırlaşmaq lazımdır. İnanıram ki, bu komanda ilə böyük uğrlar qazanmaq olar.
 
İlk növbədə sizi Azərbaycan yığmasına ona görə dəvət ediblər ki, komanda 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında uğur qazansın.
Azərbaycan yığmasını Avrooyunlar qismində çətin tapşırıq gözləyir. Mən komandamın yarışda yaxşı çıxış etməsi üçün hər şey edəcəyəm. Bunun üçün kifayət qədər vaxtımız var. Vacib turnirə yaxşı formada gəlmək lazımdır. Məndən asılı olan hər şeyi etməyə hazıram. Nəticə qazanaraq azarkeşləri və bütün ölkəni sevindirmək istəyirəm.
 
Yığmaya legionerlər cəlb etmək fikriniz var?
Yox. Bizim belə planımız yoxdu. Sizə bildirirəm ki, mənim məşqçilik dövrümdə yığmada legionerlər olmayacaq. Federasiyanın da belə bir fikri yoxdu.  Axı komandada kifayət qədər təcrübəli futbolçular var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.