7 noyabr 2013 11:27

Taşkın İlter: Azərbaycan yığmasına dəvət aldığıma görə hədsiz şadam

Almaniyanın "Ayntraxt" (Braunşveyq) klubunun yarımmüdafiəçisi Taşkın İlter azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan yığmasına dəvət olunmasından danışıb, digər sualları cavablandırıb.
 
- Siz Azərbaycanın gənclərdən ibarət yığmasında cəmi üç oyun keçirmisiz və artıq əsas millimizə dəvət almısız. Bunun belə tez baş verəcəyini gözləyirdiz?
- İlk növbədə onu qeyd etməliyəm ki, buna görə hədsiz dərəcədə şadam. Əlbəttə, heç təsəvvür etməzdim ki, belə qısa müddətdə əsas yığmaya dəvət oluna bilərəm. Mən hələ heç Bernard Lippertin komandasına yaxşı alışa bilməmişdim. Ümid edirəm ki, əsas yığmadakı ilk addımlarım uğurlu olacaq.
 
- Bu komandanı nə dərəcədə yaxşı tanıyırsız?
- Oyunlarını görmüşəm. Oyunçulardan bəzilərini tanıyıram. Amma çoxu ilə tanış olmağım lazımdı.
 
- Sizin cəmi 19 yaşınız var. Çətin olmayacaq ki?
- Əgər yeni komanda yoldaşlarım mənə kömək etsələr, yığmadakı debütümün uğurlu olacağına ümid edə bilərəm.
 
- Berti Foqts sizi milliyə dəvət etsə də, onun ilin sonunda yığmamızdan gedişi gözlənilir. Düşünmürsüz ki, bu, sizin sonradan milliyə çağırılmağınıza da təsir edə bilər?
- Bu barədə düşünməmişəm, düşünmək də istəmirəm. Mən indiki halda belə bir şans yaratdığı üçün ona yalnız təşəkkür edə bilərəm.
 
- Yeni komanda yoldaşlarınızın demək olar ki, hamısı Foqtsun qalmasını istəyir. Bəs siz nə düşünürsüz?
- Fikrimcə, mən tərəfdən bu barədə hansısa fikir yürütmək düzgün olmaz. Amma əgər futbolçular qalmasını istəyirlərsə, deməli, bunun öz səbəbləri var.
 
- Əsas millidəki debütünüz uğursuz olsa, U-21-ə qayıtmağa hazırsız?
- Mənim 19 yaşım var. Şadam ki, əsas yığmada da oynamaq şansı qazandım. Amma Lippertin komandasında oynamağa da hazıram. AÇ-2015-in seçmə mərhələsində bizi çətin oyunlar gözləyir. Ona görə də gənclərdən ibarət yığmaya kömək etməyin əleyhinə deyiləm. Çünki, bizim final mərhələsinə çıxmaq şansımız var.
 
- Transfermarkt saytında sizin 50 000 avro dəyərində olduğunuz qeyd olunub. Əgər Azərbaycan millisində oynasaz, o zaman qiymətiniz nə dərəcədə arta bilər?
- Fikrimcə, özüm haqda həddən artıq çox danışdım. Hələ özümə bu qədər diqqəti haqq etmirəm. Nail olmalı olduğum çox şey var. Ona görə icazənizlə bu suala cavab verməyim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.