7 noyabr 2013 11:35
Vadim Vasilyev Foqtsa dəstək oldu
Veteran futbolçu, millinin sabiq forvardı Vadim Vasilyev Berti Foqtsun Azərbaycan millisində işini davam etdirməsini istədiyini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Milli 9 xal toplayıb və bu mənada yeni nəticə göstərib. Foqts yığmada qalmalıdı və işini davam etdirməlidi. İşlədiyi 6 il müddətində müəyyən mənada komanda üzvlərini tanıya bilib. Fikrimcə, almanla müqavilə artırılmalıdı. O, başladığı işi sona çatdırmalıdı. Yığma seçmə mərhələnin son oyunlarında yaxşı çıxış etdi, bu amili unutmaq olmaz".
