7 noyabr 2013 18:28
Xəzər Lənkəran Qəbələ ilə matça iki itki ilə hazırlaşır
Üç gündü ki, Lənkərandakı bazasında məşqlərini davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, ehtiyat meydançada baş tutan hazırlığa əvəzedici heyətdən də üç futbolçu cəlb olunub.
Zədəli futbolçular Rasim Ramaldanov və Zohsir Benuahi fərdi məşqlə kifayətlənərkən, Junior Nildo və Vanderson Skarduelli komanda ilə birgə hazırlıqda iştirak ediblər. Con Toşakın rəhbərliyi altında komanda əsasən taktiki planda müxtəlif çalışmaları yerinə yetirib.
