7 noyabr 2013 18:03
Yığmamızın yeni baş məşqçisi getdi
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Xose Migel Mateus Portuqaliyaya qayıdıb. Azerisport.az xəbər verir ki, bir neçə gün idi ki, Bakıda olan, millimizin üzvləri ilə təlim-məşq prosesi keçən portuqaliyalı mütəxəssis işlərini yekunlaşdıraraq vətəninə dönməyə qərar verib.
O, bu ilin sonunda yenidən Azərbaycana gələcək. Mateus komandamızla bu il daha bir toplanış keçirməyi planlaşdırır.
