7 noyabr 2013 16:33
Əmrah Çəlikəl: Qarabağın çempionluğundan danışmaq hələ çox tezdi
"Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl komandanın Topaz Premyer Liqasındakı çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Hesab edirəm ki, çempionluqdan danışmaq hələ çox tezdi. Çünki biz heç çempionatın ekvator xəttinə yaxınlaşmamışıq. Bir-iki oyunda xal itirsək, 4-5-ci yerlərə düşə bilərik. Amma bütövlükdə komandamızın çıxışından razıyıq. "Qəbələ" ilə son oyunda (4:3) yaxşı dərs aldıq. Əminəm ki, məşqçilər korpusu düzgün seçim edəcək. Hazırda klub Premyer Liqada ən yaxşı oyununu göstərir. Amma hazırda vacib olan bu yox, uğurlu çıxışımızın nə qədər davamlı olacağıdı".