7 noyabr 2013 15:47

Cavid Hüseynov: Neftçi ilə düşmən münasibətdə deyilik

"Bakı"nın yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
 
- Komandanızın son iki oyununda meydana ikinci hissədə çıxmısız. Bu, nə ilə bağlıdı?
- Bu barədə baş məşqçi ilə heç bir söhbətimiz olmayıb. Mənim üçün də bu, qaranlıq qalır. Ola bilər ki, Milinko Pantiç mənim oyunumda geriləmə olduğunu düşünür. Ən yaxşısı bu sualı onun özünə verin.

- "Neftçi" ilə oyunda meydana çıxacaqsız?
- Hələ bu oyun üçün heyət müəyyənləşməyib. Özümü məşqlərdə göstərmək imkanım var.
 
- Keçmiş komandanızla oyun öncəsi xüsusi hiss yoxdu ki?
- "Neftçi"yə qarşı düşmən münasibətdə deyilik. Amma prinsipial oyun olacaq. Fikrimcə, bizi maraqlı qarşılaşma gözləyir. Ümumiyyətlə, belə prinsipial oyunlar nə qədər çox olsa, bir o qədər yaxşı olar.
 
- İlk dövrədə "Bakı" "Neftçi"yə darmadağınla qalib gəlmişdi...
- Bunu yada salmamağa çalışırıq. Bu dəfə də qələbə qazanmağı çox istəyirik. Hətta 1:0 da olar. Amma təbii ki, nə qədər çox qol vursaq, bir o qədər yaxşı olar.
 
- Bu oyunun Fariz Yusifov tərəfindən idarə olunmasına münasibətiniz necədi?
- Mənim Farizlə heç bir problemim yoxdu. Normal hakimdi. Əgər matçı ona tapşırıblarsa, deməli, Yusifova güvənirlər. Ümid edirəm ki, bu matçın öhdəsindən gələcək.
 
- Kamran Ağayev zədələnəndən sonra komandanız daha çox qol buraxmağa başlayıb...
- Bu, "Bakı"nın indiki problemidi. Ümid edirəm ki, "Neftçi" ilə oyuna qədər məşqçilər korpusu nəsə düşünəcəklər. Kamrana gəlincə, onun da mümkün qədər tez bir zamanda sıraya dönməsini arzulayırıq. Çünki o, təkcə komandamızın yox, ölkənin ən yaxşı qapıçısıdı. Onun meydanda olmaması digər futbolçulara da təsirsiz ötüşmür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.