7 noyabr 2013 14:24
Qırğızıstan - Azərbaycan matçına bilet satılmayacaq (FOTO)
Futbol üzrə Azərbaycan və Qırğızıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa bilet satışı təşkil olunmayacaq. Azerisport.az xəbər verir ki, matçın keçiriləcəyi Dolona Omurzakova adına stadiona giriş sərbəst olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma Bişkək şəhərində keçiriləcək. Oyun noyabrın 19-da baş tutacaq.
Qırğızlarla görüşün Azərbaycan millisinin 2013-cü ildəki son matçı olacağını da qeyd edək.

