7 noyabr 2013 17:53
Nduka oynadı, Popoviç izlədi, komandaları uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda evdə “İstanbul BB” ilə qarşılaşıb. Görüş həmyerlilərimizin komandasının məğlubiyyəti ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Popoviç bu görüşdə də ehtiyatda qalıb. Nduka isə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 8 xalla 17-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
12-ci tur
7 noyabr
Tavsanlı Linyitspor - İstanbul BB - 1:3
