7 noyabr 2013 13:50
Nazim Süleymanov: Toşak rəqib komandanın da oyunçularına hörmət etməlidi
"Neftçi"nin baş məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi
- "Bakı" ilə oyuna hazırlıq necə gedir?
- Hər şey plan üzrə gedir. Yeganə itkimiz Karlos Kardoso ilə bağlıdı. Müalicəsi hələ də davam edir. Mən də tədricən komandaya uyğunlaşıram.
- Hər şey plan üzrə gedir. Yeganə itkimiz Karlos Kardoso ilə bağlıdı. Müalicəsi hələ də davam edir. Mən də tədricən komandaya uyğunlaşıram.
- Sizin klub ilk dövrədə "Bakı"ya 0:3 hesabı ilə məğlub olmuşdu...
- Futbolda belə hallar olur. Komanda həm uda, həm də uduza bilər. Nəticəyə kim öncədən zəmanət verə bilər ki? Biz öz növbəmizdə yaxşı hazırlaşmağa və qələbə qazanmağa çalışacağıq. Hər oyun çətindi.
- Komandada revanş hissi olacaq?
- Mən belə deməzdm. Komanda sadəcə yaxşı çıxış etmək haqda düşünməlidi. Arzulanan nəticə barədə düşünmək revanşı fikirləşməkdən daha yaxşıdı. Dörd dövrəli sistem çox yaxşıdı. Bu, bütün klublara rəqibləri ilə iki dəfə evdə, eyni sayda da səfərdə oynamağa imkan verir. Biz də çalışmalıyıq ki, növbəti oyunlarımızda öz xallarımızı qazanaq.

- Siz komandaya gələndən sonra son dövrlər ehtiyatda qalan İqor Mitreskini əsas heyətə qaytardınız...
- Bunun risk olacağından çəkinmirdim. O, son iki oyunda yaxşı çıxış edib. Xüsusilə də, "Xəzər Lənkəran"la matçda çox yaxşı təsir bağışladı.
- "Neftçi"nin hücum xəttində problemlərin olduğunu düşünmürsüz? Bahodir Nasimova alternativ yoxdu, Melvin Platye isə ümidləri doğrultmur...
- Bu, sizin fikrinizdi. Mən meydana daha çox məşqlərdə özlərini yaxşı tərəfdən göstərən futbolçuları buraxıram.
- Rəşad Sadiqovla "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak arasındakı qalmaqala münasibətiniz necədi?
- Gəlin bu məsələyə birtərəfli yanaşmayaq. Rəşad Sadiqov uelsli mütəxəssisə heç nədən belə söz deməzdi. O, futbolçudu. Oyun zamanı futbolçular çox aqressiv olurlar. Məşqçi isə tək öz komandasının yox, rəqib komandanın da üzvlərinə hörmətlə yanaşmalıdı.

- Siz, kapitanınıza haqq qazandırırsız?
- Niyə də yox? Əlbəttə, Rəşad öz emosiyalarına sahib çıxmalıdı. Amma digər tərəfdən onu da özündən çıxaran səbəblər olub. Görünür, ona xoşagəlməz nəsə deyiblər. Məsələn, Rəşad sizə qarşı nə vaxtsa söyüş söyüb?

- Olmayıb...
- Çünki sizin ona qarşı heç bir xoşagəlməz hərəkətiniz olmayıb. Mən də məşqçiyəm və inanmıram ki, nə vaxtsa belə bir halla üzləşim. Bunun da səbəbi çox sadədi. Çünki mən rəqib komandaların da üzvlərinə hörmətlə yanaşıram. Meydanda yalnız oynayan futbolçular rəqib olurlar.