7 noyabr 2013 13:38
Ruslan Abışov Rubinə döndü
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov zədəsini sağaldıb. Azerisport.az xəbər verir ki, xeyli müddət idi zədə səbəbindən şərəfini qoruduğu Rusiyanın "Rubin" klubunun da heyətində yer almayan futbolçumuz artıq məşqərə başlayb.
O, Rusiya Premyer Liqasının 16-cı turunun "Krasnodar"la matçında meydana çıxmağa hazırdı. Bu görüş noyabrın 10-da baş tutacaq. Abışovun yığmamızın düşərgəsinə də hazır gəlməsi gözlənilir.
Qeyd edək ki, Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Rusiya ilə Bakıdakı oyunda zədələnmişdi.
