7 noyabr 2013 13:21

Heç-heçələr seriyasına qələbə ilə son qoymaq arzusu

"Rəvan” Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Sumqayıt” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, noyabrın 8-də "Bayıl Arena”da keçiriləcək görüş öncəsi tarixə baş vurub komandaların oyunlarının statistikasını incələmək yerinə düşərdi.
 
Komandalar indiyə qədər öz aralarında 11 oyun keçirib. Bu görüşlərdən 9-u Premyer Liqa, 2-si isə I divizion çərçivəsində baş tutub. Bu matçlarda "Rəvan"ın böyük üstünlüyü var. Belə ki, "Rəvan” Premyer Liqada "Sumqayıt”la keçirdiyi 9 oyundan 6-da qalib gəlib və yalnız 2 halda meydanı xalsız tərk edib. Topların fərqində də üstünlük bakılılardı – 13:9.
 
1-ci diviziondakı qarşılaşmalara gəlincə, "Rəvan" bu rəqibini 2010/11 mövsümünün hər iki oyununda "quru” hesabla üstələyib – 4:0, 1:0. Bir sözlə, ümumi balansda 11 oyundan 8-də qələbə əldə olunub.
 
Qeyd edək ki, "Sumqayıt”la Premyer Liqadakı ilk oyundan sonar "Rəvan" bu rəqiblə heç vaxt "sülh” bağlamayıb. Həmin bu istisna ev oyununa təsadüf edib. Ümumiyyətlə, "aslanlar" doğma divarlar arasında "Sumqayıt”a cəmi 1 dəfə uduzub: ötən il dekabrın 16-da baş tutan görüş 2:3 hesabı ilə rəqibin xeyrinə nəticələnib. Bu həm də "Sumqayıt"ın Premyer Liqada səfərdə əldə etdiyi son zəfərdi. Həmin oyundan sonra "Sumqayıt” düz 14 səfər matçında hesabına 3 xal yaza bilməyib. "Rəvan” isə ev oyunlarında ötən mövsümün axırlarında ardıcıl 4 qələbə qazansa da, cari mövsüm ev qələbəsinə həsrətdi. İlk 2 ev oyununda uduzan komanda sonrakı 4 qarşılaşmada "sülh” bağlayıb. Seriyaya qələbə ilə son qoymaq əla olardı. (Rəvan)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.