6 noyabr 2013 12:10
Şahdağ futbolçuları klub prezidentinə xahiş ünvanladılar
Dünən “Şahdağ” futbol klubu komandanın son vaxtlar göstərdiyi uğursuz nəticələrlə bağlı iclas keçirilib. Azerisport.az xəbər verir ki, oyunçular baş məşqçi Kamran Əlibabayevin tərəfini saxlayıblar.
Komanda oyunçuları klub rəhbərliyindən mütəxəssisin postunda saxlanılması barədə xahiş ediblər. Oyunçuların dəlilləri qəbul edilib. Əlibabayev müvəqqəti olaraq postunda saxlanılıb. Ona klub rəhbərliyi tərəfindən son şans verilib.
Xatırladaq ki, “Şahdağ” futbol üzrə Azərbaycan çempionatının Birinci divizionunda çıxış edir.
