6 noyabr 2013 11:22

Vüqar Nadirov: Foqtsla həm yaxşı və həm də pis anlarımız olub

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 12-ci tur görüşündə “Qəbələ” üzərində qələbə (4:3) haqda danışmaqla yanaşı, növbəti tur AZAL-a qarşı keçiriləcək oyundan və yığmanın qarşıdakı yoldaşlıq görüşlərindən danışıb.
 
Bir gün əvvəl Berti Foqts Estoniya və Qırğızıstana qarşı keçiriləcək yoldaşlıq oyunlarında iştirak edəcək heyəti açıqlayıb. Bu oyunlardan nə gözləyirsiniz?
Aydındır ki, bu rəqiblərə qarşı çətin olacaq. Səfərdə oynadığımızı nəzərə alsaq, xüsusilə çətin olacaq. Ancaq azarkeşlərimizi sevindirməyə davam etmək istəyirik və buna görə də bu görüşlərdə qələbə qazanmaq istəyirik.
 
Çempionatın qızğın vaxtını nəzərə alsaq, bu, oyunçulara fiziki planda təsir etməyəcək?
Əlbəttə, yorğunluq hər oyundan sonra ola bilər. Ancaq biz yorğunluğun bizə sirayət etməsinə yol verməyəcəyik. Qələbəyə oynayacağıq.
 
Bu iki oyun - millinin sükanı arxasında alman mütəxəssisin son oyunudur. Foqtsa iş və onun gedişi haqda nə deyə bilərsiniz?
Foqtsla həm yaxşı və həm də pis anlarımız olub. Düşünürəm ki, bu altı ildə bizə öyrəşib və bizi yaxşı tanıyıb. Biz də öz növbəmizdə onu yaxşı tanımışıq. Etiraf edim ki, onun yığmadan getməsini istəməzdim.
 
“Qəbələ” ilə oyunda qol yağışına nə deyərdiniz?
Çox çətin idi, xüsusən, oyunun sonunda. 4:0 irəlidə ikən üç qol buraxacağımızı gözləmirdik. Ancaq qəbələlilər özlərində güc tapdılar, hətta dördüncü qolu da vura bilərdilər. Ancaq xoşbəxtlikdən biz, qələbə qazandıq.
 
Oyunun son 20 dəqiqəsində nəzarətin əldən getməsinin səbəbi nə idi?  Doğrudanmı əvəzetmələr bu qədər mənfi təsir göstərdi?
Mən belə düşünmürəm. Sadəcə biz hesabı nəzərə alıb arxayınlaşdıq. Bu, qorxulu səhv idi. Özü də vurulmuş ilk qoldan sonra rəqib daha da ruhlandı. Bütün bunlar ümumilikdə öz sözünü dedi.
 
Qarşıda sizi ilk dövrədə məğlub etmiş AZAL-la oyun gözləyir.
“Qəbələ” ilə oyundan heç də asan olmayan bir oyun olacaq. Ancaq biz məğlubiyyətə görə revanş götürməyə çalışacağıq. Qələbə liderliyi davam etdirməyə imkan verəcək.
 
“Radarlar”la oyunda olduğu kimi büdrəməkdən qorxmursunuz ki?
Futbolda hər şey olur. Ancaq mən deyərdim ki, “Qəbələ”nin bizə vurduğu üç qol, bizim üçün əla dərs oldu. Vaxtından əvvəl arxayınlaşmaq olmaz. Biz buna görə az qala xallardan məhrum olacaqdıq. Belə ki, indi daha diqqətli və toparlanmış halda oynayacağıq. Səhvlər üzərində öyrənirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.