6 noyabr 2013 10:50
Afrikalılar Azərbaycandakı legionerlərinin sayını müəyyən etdilər
Azərbaycanda Afrika ölkələrindən 15 legioner çıxış edir. Azerisport.az xəbər verir ki, Afrikanın “Jeune Afrique” nəşri bu istiqamətdə araşdırma apararaq Şərqi Avropa ölkələrində top qovan Afrika qitəsi təmsilçilərinin sayını müəyyən edib.
Nəticədə məlum olub ki, Rumıniyada 28, Rusiyada 22, Qazaxıstan və Ukraynada 16 “Qara qitə” təmsilçisi oynayır.
