6 noyabr 2013 23:20
Türkiyədə Azərbaycan derbisi baş tutmadı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” və Fərid Quliyevin komandası “Kahramanmaraşspor” klubları da bu gün növbəti matçına çıxıb.
Futbolçularımızın komandaları bir-biri ilə üz-üzə gəlib. 4 qolun vurulduğu görüş sülhlə bitib.
Həmyerlilərimizin bu oyunda meydana çıxıb-çıxmayacaqları maraqla gözlənilirdi. Onların adları matçın iştirak ərizəsinə salınsa da, sona qədər ehtiyatda qalıblar.
Qeyd edək ki, “Kahramanmaraşspor” geridə qalan turlarda 6 xal toplayıb və hazırda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Fəthiyəspor” isə 5 xalla sonuncu - 19-cudu.
Türkiyə PTT Birinci Liqası
12-ci tur
6 noyabr
Fəthiyespor - Kahramanmaraşspor - 2:2
