6 noyabr 2013 16:48
Vladimir Levin: Futbolçular yığmanın baş məşqçisi barədə məsələyə girişməsələr yaxşıdır
“Qəbələ”nin kapitanı Vladimir Levin azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”la qarşıdakı görüş barədə danışmaqla yanaşı, “Qarabağ”la oyunun təəssüratlarından və Berti Foqtsdan danışıb.
Ağdamlılara məğlubiyyətdən sonra əhvalınız necədir?
O qədər də yaxşı deyil. Ardıcıl vurulmuş üç qol isə zəif təsəlli oldu. Axı nəticədə məğlub olduq. Ancaq 0:4 qurşaqdan aşağı xoşagəlməz zərbə olardı. Belə bir şeyi gözləmirdik.
Bu, “Xəzər Lənkəran”la qarşıdakı oyunda öz əksini tapmayacaq ki?
Psixoloji planda yaxşı hazırlaşmaq lazımdır. İki gün istirahət etmişik. Bu gün məşqlərə başlayırıq. Özümüzü toplamalı və Lənkəranda yaxşı oyun göstərməliyik. Ardıcıl ikinci məğlubiyyət planlarımıza daxil deyil.
Bunun üçün Lənkəran əlverişli yer deyil.
Başa düşürəm ki, bizim gələcək rəqibimizin işləri yaxşı getmir. Ciddi oyun olacaq. Rəqibə də nəticə lazımdı. Biz bəraət qazanmağa çalışacağıq.
Son keçirilmiş “Neftçi” - “Xəzər Lənkəran” oyununda bakılıların kapitanı Con Toşakı təhqir edib. Yəqin ki, bu sözün nə olduğunu bilirsiniz. “İnter”in kapitanı olmuşunuz və indi “Qəbələ”nin sarğısını daşıyırsınız. Sizin özündən çıxdığınız anlar olub?
Rəşad tərəfindən bu, əlbəttə yaxşı deyil. Ancaq onu mühakimə etmirəm. Axı “Neftçi”nin kapitanının hansı hisslər keçirdiyini bilmirəm. Hamımız kişiyik və hardasa adamı başa düşmək olar. Ancaq belə bir sözün belə bir mütəxəssisə deyilməsi... Ancaq yenə də, heç kimi mühakimə etməyə boyun olmuram. Bəli, belə bir şeyi öz karyeramda özümə rəva bilməmişəm. Əgər birdən mənim əsəblərim tab gətirməsə...
Azərbaycan yığmasının qarşıda Estoniya və Qırğızıstan yığmasına qarşı iki yoldaşlıq oyunu barədə nə düşünürdünüz?
Hələlik bu barədə xüsusilə fikirləşməmişəm. Müqaviləyə görə Berti Foqtsun son iki oyunudur. Ancaq onun qalıb-qalmamasını deyəbilmərəm.
Yəqin ki onu şərəflə yola salmaq fikriniz var?
Belə tədbir haqda danışmağın yeri deyil. Axı sonra nə olacağını bilmirik. Əgər birdən o, qalmasa, bu halda uğurlu oynamaq arzuolunandı.
Komanda yoldaşlarınızın hamısı istəyir ki, alman öz başladığı işi davam etdirsin. Yığma oyunçularının ona məhəbbəti nədəndir?
O gözəl məşqçi və insandır. Onunla iş görmək xoşdur. Mən də onun qalmasını istəyirəm. Bundan başqa, yığmanın inkişafı var. Axı yeni məşqçinin rəhbərliyi altında bizi nə gözlədiyindən xəbərsizik. Bu kəsin xarici və ya yerli mütəxəssis olmasına rəğmən belə.
Bəs komandanın bu barədə AFFA-ya müraciət ideyası olub?
Qusar “Şahdağ”ındakı kimi (gülümsəyir) ? Düzü, hələ belə bir fikri futbolçulardan eşitməmişəm. Ola bilər ki, onların belə bir fikri olub. Ancaq mənə heç kəs heç nə deməyib. Digər tərəfdən, belə bir məsələyəgirişməyi yersiz hesab edirəm. Axı belə qərarlara görə məsuliyyət daşıyan adamlar var.
Əgər birdən almanın gedəcəyi halda kimlə işləmək istərdiniz?
Bilirəm. Qoy kiminlə daha çox inkişaf olursa, o da məşqçi olsun. Milliyyət burada heç bir əhəmiyyət kəsb etmir.
