6 noyabr 2013 15:33
Sumqayıt Rəvanla oyuna bir itki ilə hazırlaşır
Topaz Premyer Liqasının 13-cü turunda səfərdə "Rəvan"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, "Sumqayıt" məşqlərini oyunun başlama saatında yeni stadionda keçirir.
"Sumqayıt" FK-nun dünənki məşqində yalnız Bəxtiyar Həsənəlizadə fərdi çalışmalarla kifayətlənib. Digər üzvlər tam heyətlə məşqlərini davam etdirir. Bu günki məşq də saat 17:00-da keçiriləcək.
Qeyd edək ki, "Rəvan" - "Sumqayıt" oyununun da başlama saatı müəyyənləşib. Noyabrın 8-də Bayıl Arenada baş tutacaq görüş saat 17:00-da start götürəcək. (klub saytı)
