6 noyabr 2013 14:45
Simurq FIFA müfəttişlərini gözləyir
Noyabrın 9-10-da FIFA müfəttişləri Zaqatalada olacaqlar. Azerisport.az xəbər verir ki, “Simurq”un prezidenti Anar Bəkirov FIFA müfəttişlərinin yeni stadionun ot örtüyünün qiymətləndirilməsi ilə məşğul olacaqlarını deyib.
“Biz FIFA standartına uyğun süni örtük üzrə ikiulduzlu sertifikat almaq niyyətindəyik və bunun üçün FIFA müfəttişlərini dəvət etmişik. Onlar bu həftə gələcəklər və iki gün ərzində bütün nümunələri götürəcəklər. Bir aydan sonra biz FIFA-nın qərarını biləcəyik. Məhz FIFA müfəttişlərinin gəlişinə görə “İnter”lə Bakıdakı oyunun vaxtını dəyişmək üçün müraciət etmişdik.
