6 noyabr 2013 14:16

İçərişəhər Ellin Deportivo ilə qarşılaşacaq

Bu mövsüm təzəcə yaradılmış “İçərişəhər” futbol klubu üçün ilk mövsüm olmalıdır. Azerisport.az xəbər verir ki, klub ev oyunlarını keçirəcəyi stadionu - “Bayıl Arena”nı müəyyənləşdirib, futbolçularla müqavilə imzalayıb, ancaq sənədləşdirmə ilə əlaqədar ideyanı həyata keçirmək hələ ki mümkün omayıb.
 
Təbii ki, heyətdə olan futbolçular müxtəlif klublara getdilər. Bunu nəzərə alan “İçərişəhər” rəhbərliyi yeni heyət toplamağa qərar verib. Bunun çün seleksiya işləri aparılacaq.
 
“İçərişəhər” klubunun yaradıcısı və prezidenti Ziya Əliyev komandanın planlarından danışıb:
 
“Hər şey sadədir: Biz hələ də böyük futbolda olmaq istəyən futbolçulara şans vermək istəyirik. 18-25 yaş aralığında hər kəs seleksiyada iştirak edə bilər. Bütün iştirakçılardan biz ən yaxşıları seçəcəyik. Gələn mövsüm birinci divizionun başlamasına qədər hazırlaşacağıq. Bunun üçün vaxtımız kifayət qədərdir. Əminəm ki, bu və ya digər səbəbdən ölkədə özünü göstərə bilməyən çoxlu futbolçu var. Hələlik seleksiya işinin dəqiq vaxtını müəyyən etməmişik. Arzu edənlər öz məlumatlarını bizim Facebook səhifəmizdə yerləşdirə bilər”.
 
Məşqçiyə gəlincə, bu, Vladislav Ledyaevdir.
 
“Ola bilər ki, bu ad çox az adama tanış gəlir. Ancaq biz Ledyaevə etibar edirik. Yeri gəlmişkən, bizə çox mütəxəssis təklif ediblər. Ancaq Avropa təcrübəsi bizi müəyyən riskə getməyə sövq etdi. Az qala həvəskar liqadan olan məşqçilərin top-klublarda məşqçi olduğuna dair çoxsaylı misallar gətirmək olar. Dortmund “Borussia”sından Yurgen Klopp, “Roma”dan Rudi Qarsiya”, deyə Əliyev fikrini bildirib.
 
“Biz yerli klublardan ancaq bununla fərqlənməyəcəyik. Həm də sosial layihə tapşırığını yerinə yetirəcəyik. Planlarımızda xeyriyyə oyunları keçirmək var. Klub strukturu Avropa standartlarına uyğun olacaq. Axı Avropa təcrübəsi tam olaraq özünü doğruldub. Yeri gəlmişkən, növbəti mövsümdə biz İspaniya klubu “Ellin Deportivo”nu qəbul etmək istəyirik. Onlarla yoldaşlıq görüşü keçirmək istəyimiz var. Oyun təxminən apreldə baş tuta bilər. Ümumilikdə hesab edirəm ki, Azərbaycanda belə komanda yoxdur və bu, maraqlı olacaq”.
 
Ziya Əliyev “İçərişəhər” dövlət tarixi-memarlıq qoruğunun rəhbərliyinə də öz təşəkkürünü bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.