6 noyabr 2013 01:38

Qalatasaray məğlub oldu, Bavariya pley-offa yüksələn ilk komanda oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 4-cü tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında 8 oyun baş tutub.
 
A qrupunun hər iki oyunu qolsuz başa çatıb. Lider "Mançester Yunayted" autsayder "Real Sosyedad"la, "Şaxytor" ötən tur darmadağına məruz qaldığı "Bayer"lə sülh bağlayıb.
 
B qrupunda "Yuventus" "Real"ı qəbul edib. Madrid təmsilçisi bu matçda qələbə qazanacağı halda 1/8 finala vəsiqə qazanacaqdı. Amma bu, baş verməyib. Qarşılaşma sülhlə başa çatıb və "Real" cari mövsümdə ilk dəfə xal itirib. "Qalatasaray" isə "Kopenhagen"in qonağı olub. "Cim-Bom" İstanbulda məğlub etdiyi komandaya səfərdə minimal hesabla uduzub. 6-cı dəqiqədə vurulan qol matçda yeganə olub.
 
C qrupunda PSJ "Anderlext"i qəbul edib. Paris klubu qələbə qazanaraq adını 1/8 finala yazdıra bilərdi. Amma rəqib 10 nəfərlə qalsa da, PSJ rəqib qapısına yol tapa bilməyib. "Olimpiakos" isə evdə "Benfika"nı minimal hesabla üstələyib.
 
D qrupunda lider “Bavariya” autsayder “Viktoriya”nın qonağı olub. "Mançester Siti" isə ÇSKA-nı qəbul edib. "Bavariya"nın mərhələ adlaması üçün qələbə yetərli deyildi. Bunun üçün ÇSKA xal itirməliydi. Hər iki oyunda istənilən nəticə qeydə alınıb. "Bavariya" rəqibini 1:0 hesabı ilə yenib. Mançesterdə isə 7 qol vurulub və meydan sahibləri qələbə qazanıb. Bununla da Çempionlar Liqasının son qalibi "Bavariya" 1/8 finala çıxan ilk komanda olub.
 
Çempionlar Liqası
Qrup mərhələsi
4-cü tur
5 noyabr
 
A qrupu
 
Şaxtyor (Ukrayna) - Bayer (Almaniya) - 0:0
 
Real Sosyedad (İspaniya) - Mançester Yunayted (İngiltərə) - 0:0
 
1 Mançester Yunated 4 2 2 0 6 3 +3 8
2 Bayer 4 2 1 1 8 5 +3 7
3 Şaxtyor 4 1 2 1 3 5 –2 5
4 Real Sosyedad 4 0 1 3 1 5 –4 1
 
B qrupu
 
Yuventus (İtaliya) - Real (İspaniya) - 2:2
Qollar: Vidal, 42-pen, Lorente, 65 - Ronaldo, 52, Beyl, 60.
 
Kopenhagen (Danimarka) - Qalatasaray (Türkiyə) - 1:0
Qol: Braaten, 6.
 
1 Real M 4 3 1 0 14 4 +10 10
2 Qalatasaray 4 1 1 2 6 10 –4 4
3 Kopenhagen 4 1 1 2 3 8 –5 4
4 Yuventus 4 0 3 1 6 7 –1 3

C qrupu
 
PSJ (Fransa) - Anderlext (Belçika) - 1:1
Qollar: İbrahimoviç, 70 - De Zeuv, 68.
 
Olimpiakos (Yunanıstan) - Benfika (Portuqaliya) - 1:0
Qol: Manolas, 13.
 
1 PSJ 4 3 1 0 13 2 +11 10
2 Olimpiakos 4 2 1 1 6 5 +1 7
3 Benfika 4 1 1 2 3 5 –2 4
4 Anderlext 4 0 1 3 1 11 –10 1
 
D qrupu
 
Mançester Siti (İngiltərə) - ÇSKA (Rusiya) - 5:2
Qollar: Aquero, 3-pen; 20, Neqredo, 30; 51; 90+2 - Dumbiya 45; 71-pen.
 
Viktoriya (Çexiya) - Bavariya (Almaniya) - 0:1
Qol: Mandzukiç, 65.
 
1 Bavariya 4 4 0 0 12 1 +11 12
2 Mançester Siti 4 3 0 1 11 6 +5 9
3 ÇSKA M 4 1 0 3 6 12 –6 3
4 Viktoriya 4 0 0 4 2 12 –10 0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.