6 noyabr 2013 00:38
Azərbaycanın Estoniya ilə oyunu 8-10 avroya
Futbol üzrə Azərbaycan yığmasını noyabrın 15-də səfərdə Estoniya ilə yoxlama oyunu gözləyir. Azerisport.az xəbər verir ki, artıq Tallində bu oyunun biletləri satışa çıxarılıb.
Biletlərin qiyməti 8-10 avro aralığındadı.
Qeyd edək ki, bu qarşılaşma Tallindəki "A.Le Kok Arena"da keçiriləcək. Millimiz noyabrın 19-da Bişkekdə Qırğızıstan yığması ilə də qarşılaşacaq.
