6 noyabr 2013 13:05
“Syomin Azərbaycana pul qazanmağa gedib”
Rusiyalı futbol mütəxəssisi Valeriy Reynqold Georgi Yartsevin Moldova futbol klubu “Milsami”yə gəlişi barədə şərh verərkən, Yuri Syominin “Qəbələ”yə yollanma səbəbinə toxunub. Azerisport.az xəbər verir ki, Reynqold bunları söyləyib:
“Jora ilə çox yaxşı münasibətdə olduğumuzu gizlətmirəm. Bizi mehriban dostlar adlandırmaq olar. Bizim futbola baxışlarımız bir qədər fərqlənir, ancaq bu, vacib deyil. Bizim bir istiqamətdə düşünməyimiz əsasdır. Mənim fikrimcə Yartsev Moldovaya pul qazanmağa gedib. Elə Yura Syomin də Azərbaycana. Etiraf edim ki, məşqçi seximizə acıyıram”.
