5 noyabr 2013 12:44
Fərid Quliyev: TFF klubuma məktub ünvanlayıb
Türkiyə futbol federasiyası (TFF) “Kahramanmaraşspor”un azərbaycanlı futbolçusu Fərid Quliyevin dörd aylıq əməkhaqqını almaması ilə bağlı xüsusi məzmunlu məktubu futbolçunun klubuna ünvanlayıb. Fərid Quliyev azerisport.az saytına bunları söyləyib:
“Bu həftənin sonunda mənim məsələmə həllini tapmalıdır. Dörd ay ərzində klubdan cəmi 1500 dollar almışam. Məsələm həllini tapdıqdan sonra, güman ki, komandanı tərk edəcəyəm. TFF mənim məsələmlə ciddi məşğul olub”.
