5 noyabr 2013 12:35
Berti Foqts qayıdır
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandanı qarşıdakı oyunlara hazırlamaq üçün qayıdır. Azerisport.az xəbər verir ki, həftənin axırı alman mütəxəssis Bakıya qayıdacaq.
Foqts futbol üzrə Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində bir neçə oyunu izləyəcək.
Xatırladaq ki, millinin toplanışları noyabrın 11-nə təyin olunub. Millimiz noyabrın 15-də Tallində Estoniya, noyabrın 19-da isə Bişkekdə Qırğızıstan yığması ilə qarşılaşacaq.
