5 noyabr 2013 12:10
Gökdemir 90 dəqiqə oynadı, komandası məğlub oldu
Ali Gökdemirin komandası, "Hannover"in gənc heyəti Almaniya Regionalliqasının 14-cü turunda "Havelse"yə 0:2 hesabı ilə məğlub olub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi 90 dəqiqə meydanda mübarizə aparıb.
14 turdan sonra "Hannover" 17 xalla 9-cu pillədə qərarlaşıb.
