5 noyabr 2013 12:05
Levin: Bakıda Səmədova “Səmədyan” qışqırırdılar
Məşhur rusiyalı jurnalist Boris Levin öz müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan - Rusiya oyunu barədə fikirlərini bölüşüb. Azerisport.az müsahibəni oxucuların diqqətinə çatdırır.
Yığmanın Bakıdakı oyunu haqda əsas təəssüratlarınız?
KİV-in oyun ətrafında isteriyası. Azərbaycan yığması üçün oyun heç nəyi həll etmirdi. Ancaq ictimai fikir elə qızışdırılmışdı ki, sanki hər iki tərəfi son qanlı döyüş gözləyir. Bu, əlbəttə, nədəsə ziyan edirdi, ancaq ab-havaya acılıq da qatırdı.
Döyüş qabağı süni şəkildə bir-birinə hücum çəkən boksçular kimi?
Bununla belə, futbolda bu, elə də münasib deyil. Buna baxmayaraq, əgər atmosferi qızışdırmaq üçün leqal imkanlar varsa, niyə də yox? Əsas olanı sivil çərçivədə qalmaqdır.
Azərbaycanda Rusiyaya qarşı hər hansı kin müşahidə olunur?
Bu haradan çıxdı? Bakıda tez-tez oluram, dostlarım kifayət qədərdir (Boris Levin “Nə? Harada? Nə vaxt?” yarışması üzrə Azərbaycan yığmasının heyətində dünya çempionudur - red.).Buna görə də əminliklə deyə bilərəm ki, əksər bakılılar azarkeşlik etməsələr də, Rusiya yığmasına şərikdirlər. Hər halda, azərbaycanlılar sülhsevər və qonaqpərvər xalqdır.
Milli hisslərlə oynamaq ən axırıncı işdir. Buna əminəm. Çünki ən dünyanın kosmopolit rayonda böyümüşəm. Burada öz milli mənsubiyyətini 16 yaşında, pasport alarkən bilirdin. Donbassı nəzərdə tuturam. Mənim üçün milli səpgidə istənilən eybəcərlik düşüncə hüdudlarından uzaqdır.
Bakıda Aleksandr Səmədova çətin oldu. Ona tribunalardan nə qışqırırdılar?
Bunlardan ancaq çapa yararlılarını demək olar - “Samedyan”
Bu nə demək idi?
Bu Səmədovun soyadının erməni təbirincə təhrif olunmuş formasıdır. Təəssüf ki, azərbaycanlılar üçün ermənilər barışmaz düşməndirlər.
Səmədov meydanı çox riqqətlə tərk etdi. Yığmanın digər oyunçuları meydanın o başından Aleksandrın əlini sıxmaq üçün qaçıb gəldilər.
Futbolçularımız onu bu anla yanaşı, meydana çıxanda da dəstəkləyirdilər. İqor Akinfeyev Səmədovu nümayişkaranə, yüngülcə qucaqladı, əl-ələ vurdular. Sonra Kerj ona nə isə deyirdi. Ancaq ilk dəqiqələrdə Saşa aşkar həyəcanlı idi. Bütün bunlar aydındır: bütün meydan tək sənə qarşı azarkeşlik edir. Buna reaksiya göstərməmək üçün polad əsəblər lazımdır. Ancaq ona əhsən! Sakitləşə və gözəl oyun göstərə bildi.
Səmədova Azərbaycanda belə münasibət haradandı?
Onun oyunqabağı müsahibəsindən. Yeri gəlmişkən, siyasi cəhətdən düzgün. Ancaq yerli mentaliteti də bilmək lazımdır: bir yersiz “cəzalandırmaq” sözündən Bakıda bütöv bir tarixçə şişirtdilər. Ancaq, onlar buna bizm futbolçudan fərqli daha fərqli, acı on geydirdilər.
