5 noyabr 2013 11:25

Viktor Mendi: Xəzər Lənkərana səfərdə qalib gəlmək fikrindəyik

“Qəbələ”nin hücumçusu Viktor Mendi azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş oyunda “Qarabağ”dan alınmış məğlubiyyət (3:4) haqda danışmaqla yanaşı, bu uğursuzluğun səbəbi və “Xəzər Lənkəran”la qarşıdakı oyun barədə danışıb.
 
Ağdamlılarla trillerə münasibətiniz?
Düşünürəm ki, biz bacardığımız kimi oynamadıq. Birinci hissədə oyunu əldən verdik, amma deməzdim ki, pis oynadıq. Ancaq son yarımsaatda özümüzə gələ bildik. Belə olmaz.
 
Nəticədə dörd qol buraxdığınız belə oyunun səbəbi nədir?
Düzünü etiraf edim ki, ni üçün belə alındığını bilmirəm. Axı qələbəyə köklənib meydana uğurlu nəticə üçün çıxmışdıq. Ancaq nəsə sadəcə olaraq düz getmədi.
 
Məğlubiyyətdən qaçmaq üçün sizə nə yetmədi?
Düşünürəm ki, bizə oyunun kiçik bir vaxt kəsimini deyil, tam 90 dəqiqəni meydanda diqqətli olmaq lazım idi. Görünür, bu oyunda biz çox gec ayıldıq.
 
70 dəqiqəlik uğursuz oyuna baxmayaraq, “Qəbələ” sanki bu oyundan çempionluğun taleyi asılı imiş kimi, yaxud hər hansı əhəmiyyətli yarışın finalında qələbəyə oynayırmış kimi oynadı.
Ola bilər ki, məhz belə oynadıq. Ancaq gələcəkdə daha diqqətli olmaq lazımdır. Bəzən futbolda belə olur. Həmişə yaxşı oynamaq mümkün deyil, büdrəmələr olur.
 
3:4 hesablı məğlubiyyət 0:4-dən yaxşıdır?
Əlbəttə! Həm də sonralar, xüsusən mövsümün sonunda topların fərqi öz sözünü deyə bilər.
 
Növbəti turda sizi Lənkərana səfər və “Xəzər Lənkəran”la oyun gözləyir. Cənublular iki oyundur ki, böyük hesabla məğlub olurlar. Yəqin ki, bütün acıqlarını “Qəbələ”dən çıxmaq istəyəcəklər.
Razıyam. Aydındır ki, iki böyükhesablı məğlubiyyətdən sonra onlar doğma tribunalar qarşısında bəraət qazanmaq istəyəcəklər. Ancaq biz də üç xal qazanmaq istəyirik. Xüsusən də “Qarabağ”la belə bir oyundan sonra.
 
Lənkəranlıları səfərdə məğlub edə biləcək gücdə olduğunuzu hesab edirsiniz?
“Qəbələ” “Xəzər Lənkəranı” evdə məğlub etməyi bacardı və indi oxşar nəticəyə Lənkəranda nail olmaq fikrindədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.