5 noyabr 2013 11:02
Azərbaycanın AÇ-2014-ün final mərhələsindəki oyunlarının başlama saatı bəlli oldu
Futzal üzrə Azərbaycan yığmasının AÇ-2014-ün final mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Belçikanın ev sahibliyi edəcəyi qitə birinciliyi gələn il 28 yanvar-8 fevral tarixləri aralığında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi sözügedən Avropa Çempionatında Sloveniya və İtaliya yığmaları ilə birgə C qrupunda mübarizə aparacaq. Millimiz ilk matçını yanvarın 31-də Sloveniyaya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Fevralın 2-də isə İtaliya ilə oyun baş tutacaq. Bu qarşılaşma isə 21:30-da başlayacaq.
Əgər Azərbaycan millisi qrupdan çıxmağı bacarsa, 1/4 final mərhələsi çərçivəsində fevralın 4-də növbəti oyununu keçirməli olacaq.
