5 noyabr 2013 17:15
Ağayev Macarıstan - Albaniya matçında!
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda noyabrın 14-də, Budapeşt şəhərində keçiriləcək Macarıstan - Albaniya oyununu ölkəmizi təmsil edən hakimlər idarə edəcək. Azerisport.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Rəhim Həsənov olacaq.
Baş hakimin köməkçiləri Yaşar Abbasovla Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.
