5 noyabr 2013 16:50

Fərhad Vəliyev: Foqtsla ya Foqtsuz - Mən yığmaya çağırılmalıyam

“Qarabağ”ın və Azərbaycan yığmasının qapıçısı Fərhad Vəliyev azerisport.az saytına müsahibəsində özünün milli komandaya qayıdışı haqda danışıb.
 
Yığmaya qayıdışınız haqda nə deyə bilərsiniz?
Buna sonsuz dərəcədə şadam. Məni iki ildən çox yığmaya çağırmayıblar. Mən başqa cür də gözləmirdim. Axı öz klubunu qapısında sabit və uğurla dayanıram. Mən formamı qaytarmışam və özümü inamlı hiss edirəm.
 
Sizin yığmaya çağırışınız Kamran Ağayevin zədəsi ilə üst-üstə düşdü. Bu, təsadüfdür ya sizi bir nömrənin itkisi ilə əlaqədar çağırıblar?
Düşünürəm ki, bu, təsadüfdür. Ancaq tam əminlik üçün bu sualı Berti Foqtsa verin. Elə mən də cavabını bilərəm.
 
Axı siz qapıçılar siyahısında üçüncüsünüz.
Heç nə deyə bilmərəm. Kimin üçüncü, kimin birinci olmasını vaxt göstərəcək.
 
Bəs siz bu barədə nə düşünürsünüz? Sizi Estoniya və Qırğızıstanla oyunlarda görəcəyik?
Əgər dəvət ediblərsə, əlbəttə, meydana çıxmaq istərdim. Meydana çıxmağa nail olmaq üçün məşqlərdə özünü göstərmək lazımdır.
 
Siz premyer-liqanın birinci komandasının bir nömrəsisiniz. Necə düşünürsünüz, Foqtsun yerində yeni məşqçi olsa, bu, sizin əsas heyətə düşmək şanslarınızı yüksəldə bilər?
Mən alman mütəxəssisin qalmasını əleyhinə deyiləm. Daha çox deyim ki, onun öz işini davam etməsini istəyirəm. Axı yığma yüksəlişdədir. Rekord sayda xal yığmışıq, yaxşı futbol göstəririk. Ancaq onunla və ya onsuz, mən hələ ki “Qarabağ”da oynayıram, yığmaya çağırılmalıyam.
 
Sizə Futbol tarixi və statistikası beynəlxalq federasiyasının reytinqinə düşmək üçün 68 dəqiqə yetmədi.
Demək, mənim üçün hesab yenidən başlayır. Bu, bizim qazandıqlarımızla müqayisədə elə də vacib deyil. “Qəbələ” ilə oyunda komanda 4:0 irəlidə idi, üç qol buraxdıq. Biz sadəcə arxayınlaşdıq. Qonaqlar isə bizə gələcək üçün dərs verdilər. Hesab edirəm ki, bu, bizə növbəti oyunlarda faydalı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.