5 noyabr 2013 14:55
Yusif Yusifzadə: Azərbaycanda futbol oynamaq elə də hörmətli deyil
AFFA İntizam komitəsi tərəfindən futboldan iki il müddətinə uzaqlaşdırılmış “Şahdağ”ın sabiq hücumçusu Yusif Yusifzadə azerisport.az saytına yaranmış vəziyyət barədə şərh verib.
“Düzü, belə qərar gözləmirdim. Digər tərəfdən klubun mənimlə vidalaşması acı təsir bağışlayır. Nə etməli? Əgər hər şey belə getsə, 25 yaşımda futboldan getməli olacağam. Hər şeyi hakimlər, pulların idarə etdiyi Azərbaycanda futbol oynamaq elə də hörmətli iş deyil”.
Xatırladaq ki, Yusif Yusifzadə Azərbaycan I divizionun 8-ci turunun “Şahdağ” - “Araz Naxçıvan” matçının 87-ci dəqiqəsində matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərdiyinə görə, AFFA İntizam komitəsi futbolçunun futbolla bağlı fəaliyyətinə 2 il müddətinə qadağa qoyub.
