5 noyabr 2013 14:40
Şahdağ cəzalı futbolçusundan imtina etdi
"Şahdağ"ın futbolçusu Yusif Yusifzadə daha Qusar təmsilçisinin heyətində oynamayacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan I divizionun 8-ci turunun “Şahdağ” - “Araz Naxçıvan” matçının 87-ci dəqiqəsində “Şahdağ” klubunun 11 №-li futbolçusu Yusif Yusifzadə matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərdiyinə görə futbolçunun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulmuşdu.
Həmçinin, klubun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, oyun bitəndən dərhal sonra futbolçu komandadan onun xidmətlərindən imtina haqda bildiriş alıb.
