5 noyabr 2013 14:10
Tahir Süleymanov: Şərhçiyə görə yalnız Neftçi cəzalanmamalıdı
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov futbol üzrə Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” - “Xəzər Lənkəran” matçında oyunun gedişində stadionun diktoru tərəfindən “Neftçi” klubunun azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə “Neftçi” klubu 2000 manat cərimə olunmsı barədə qərara azerisport.az saytında münasibət bildirib.
“Cəzaya hörmətlə yanaşırıq. Bu qanun yalnız AFFA deyil, həmçinin FIFA və UEFA-nın tələbidir. Yalnız “Neftçi” cəzalanmamalıdır. Biz belə hallarla səfər oyunlarında dəflərlə üzləşmişik. Şərhçilər bu vaxt beş, on, on beş min azarkeşi ayağa qaldırır. Qoy bu qaydanı sərtləşdirib bütün komandalara tətbiq etsinlər”.
