5 noyabr 2013 13:55
AFFA İntizam Komitəsinin əvəzedicilərlə bağlı qərarları
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və iclasda "Neftçi"nin futbolçusu 1, "Bakı"nın üzvü 2 oyunluq cəzalandırılması barədə qərar çıxarılıb. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Bakı” – “Simurq” matçının 56-cı dəqiqəsində “Bakı”nın futbolçusu Sənan Bayramov kobud oyuna görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“İnter” – “Rəvan” matçında “İnter”in 4, “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunublar.
“Neftçi” – “Xəzər Lənkəran” oyununun 56-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Yunis Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Sumqayıt” – AZAL matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
