5 noyabr 2013 13:25
Şahdağın futbolçusuna iki illik cəza
Şahdağın futbolçusu Yusif Yusifzadə AFFA-nın İntizam komitəsinin qərarı ilə iki il müddətinə futboldan uzaqlaşdırılıb. Azerisport.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan I divizionun 8-ci turunun “Şahdağ” - “Araz Naxçıvan” matçının 87-ci dəqiqəsində “Şahdağ” klubunun 11 №-li futbolçusu Yusif Yusifzadə matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərdiyinə görə futbolçunun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulub və klub 2000 manat cərimə olunub.
