5 noyabr 2013 13:15
Steaua Xəzər Lənkəranın sabiq müdafiəçisindən imtina etdi
Rumıniyanın “Steaua” klubu “Xəzər Lənkəran”ın sabiq müdafiəçisi, portuqaliyalı Eder Bonfimin xidmətlərindən imtina edib. Azerisport.az xəbər verir ki, bu qərar, müdafiəçinin alkoqolla problemlərinin olmasından irəli gəlib.
Xatırladaq ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak da ötən mövsüm Bonfimin xidmətlərindən imtina etmişdi.
Bonfim özü yaranmış vəziyyət haqda bunları söyləyib: “Mənim üçün çox çətin günlərdir. Belə tezliklə futbola vidalaşacağımı düşünmürdüm”.
