4 noyabr 2013 12:12

Qarabağ klub rekordunu təkrarlaya bilmədi

Ağdamın “Qarabağ” klubunun böyükhesablı qələbələr seriyası qırılıb. Azerisport.az PFL-ə istinadən xəbər verir ki, son 3 turda rəqiblərini böyükhesablı qələbələrlə məğlub edən Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının 12-ci turunun “Qəbələ” ilə görüşündə minimal fərqlə qalib gəlib - 4:3.
 
9-cu turda “Bakı”, 10-cu turda “Sumqayıt”, ötən turda isə “Xəzər Lənkəran”ı eyni – 3:0 hesabı ilə məğlub edən ağdamlılar mövsümün rekordunu təkrarlayıb. “Bakı” kimi ardıcıl 3 darmadağına imza atan “Qarabağ” 4-ə çata bilməyib. Bununla da əyalət təmsilçisi klub tarixinin rekordunun 1 addımlığında dayanıb.
 
“Qarabağ”ın Azərbaycan çempionatlarındakı böyükhesablı qələbələr seriyası rekordu 4-ə bərabərdir. 2003/04 mövsümünün startında evdə “Şahdağ-Samur”u (17.05.2003) 5:0, “Bakılı”nı (25.05.2003) 4:0, ardınca səfərdə MOİK-i (31.05.2003) 3:0 yenən ağdamlılar öz meydanında Sumqayıt “Xəzər”ini (04.06.2003) 5:2 hesabı ilə üstələmişdi. Lakin ümumilikdə qələbə seriyasını 4-ə çatdıran komanda özünün ilk 4 turda, AZAL-ın 2-6-ci turlarda nail olduğu mövsümün rekordu təkrarlayıb. Ağdamlılar həm də 7 oyundur uduzmur.
 
Qeyd edək ki, böyükhesablı qələbələr seriyasında Azərbaycan rekordu 5-ə bərabərdir.
 
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.