4 noyabr 2013 11:28
Land of Fire Azerbaijanlı Atletikodan növbəti qələbə (FOTOREPORTAJ)
Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri Madriddə baş tutub.
Burada yerli "Atletiko" "Ateltik"lə (Bilbao) qarşılaşıb. Oyun “Land of fire Azerbaijan” formalı komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Atletiko” bu qələbədən sonra 33 xalla ikinci pillədəki mövqeyini qoruyub.
