4 noyabr 2013 21:15
Yuri Syomin: Bizə indi xaricilər deyil, Azərbaycan pasportu ilə oyunçular lazımdır
"Qəbələ”nin baş məşqçisi Yuri Syomin “Volga”nın hücumçusu Dmitri Bulıkinin xidmətlərində maraqlı olması ilə bağlı şayiələri təkzib edib. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib.
“Bu informasiya yanlışdır. Çünki Bulıkinin öz klubu var. Klubun oyunçu ilə müqaviləsi var və üstəlik hələ keçid vaxt deyil. Ümumiyyətlə, onun xidmətində maraqlı olmamışıq. İkincisi, Bizə indi xaricilər deyil, Azərbaycan pasportu ilə oyunçular lazımdır. Xaricilər bizdə kifayət qədərdir”.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan mətbuatında Syominin 33 yaşı futbolçunu komandasında görmək istəyi barədə informasiya yayılmışdı. Əvvəllər Syomin Moskva “Lokomotiv”i və “Dinamo”sunda Bulıkinlə bir çalışıb.
