4 noyabr 2013 17:15
”Xəzər Lənkəran” növəbti tura hazırlığa başlayır
Bu gün keçirilən klubdaxili iclasdan sonra “Xəzər Lənkəran” Lənkərana yola düşüb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, iclasda qeydə alınan son uğursuz nəticələr müzakirə olunub və rəhbərlik futbolçulardan qarşıdakı oyunlarda maksimum nəticələrin əldə olunmasını tələb edib.
Günorta saatlarında Lənkərana yola düşən “Xəzər lənkəran” axşam məşqə çıxacaq və “Qəbələ” ilə oyunun hazırlığına start verəcək.
(klub saytı)
