4 noyabr 2013 16:22
Elxan Məmmədov: Türkiyədən heç bir namizədi gözdən keçirmirik
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, federasiya futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa əvəz axtarışına hələ başlamayıb. Azerisport.az xəbər verir ki, Elxan Məmmədov bunları söyləyib:
“Bu təsnifat mərhələsində 9 xal yığıb qrupda dördüncü olduq. Əlbəttə, növbəti mərhələyə keçmək üçün bu, azdır. İcraiyyə komitəsi sonra qərara alacaq. Şenol Güneş haqda sizdən eşidirəm. Bizim Türkiyədən ümumiyyətlə namizədimiz yoxdur. Düzü, yığmanın baş məşqçisi haqda hələ düşünməmişik. Hələ vaxt var”.
