4 noyabr 2013 16:11
Elxan Məmmədov: Realla əməkdaşlıq Azərbaycanın xeyrinədir
AFFA-nın baş katibi Elxan Məmmədov Bakıda Madrid “Real”nın sosial futbol məktəbi - “Vətən”nin açılışı barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Elxan Məmmədov bunları söyləyib:
“Bu, çox gözəl layihədir. Ölkəmizdə tədricən futbol brendləri peyda olur. Belə şeylər Avro-2020-nin oyunlarını keçirməyə namizədlik baxımından vacibdir. “Real”la əməkdaşlıq Azərbaycanın xeyrinədir”.
