4 noyabr 2013 15:45
Real təmsilçisi: Bakıdakı məktəb Avropada sayca səkkizincidir
Madrid “Real”ının təmsilçisi Enrike Sançes Bakıda Madrid “Real”nın sosial futbol məktəbi - “Vətən”nin açılışı barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Enrike Sançes bunları söyləyib:
“Hamını salamlayıram. Dəvətə görə Gənclər və İdman nazirliyinə təşəkkür edirəm. Bu ilin aprelində biz əməkdaşlıq haqda müqavilə imzalamışıq. Cənab nazirlə bizim maraqlı söhbətimiz olub. Bu, Azərbaycanda yeniyetmə futbolunun inkişafında çox vacib layihədir.
Bu məktəb Avropada sayca səkkizincidir. Biz şadıq ki, məktəb Bakıda açılıb. Axı burada ilk Avropa oyunları keçiriləcək”.
