4 noyabr 2013 15:30
Vangelis Mantzios: Azərbaycan həyatı yunan həyatından çox fərqlənir
Yunanıstanın “Levadiakos” klubunun hücumçusu Vangelis Mantzios “Bakı” klubunda karyerasının alınmaması səbəbləri barədə fikirlərini Yunanıstan KİV-ə açıqlayıb. Azerisport.az Mantziosun sözlərini diqqətinizə çatdırır:
“Bir vaxtlar mən Bojidar Bandoviçin rəhbərliyi altında Azərbaycanda oynamaq seçimimi etmişdim. Ancaq mən Azərbaycana alışa bilmədim və tezliklə “Atromitos”a qayıtdım. Orada karyeram alınmadı. Xırdalıqlara varmaq istəmirəm. Sadəcə, mən bəzi şeyləri qəbul etmirdim. Xarakterim belədir. Azərbaycan həyatı bizim həyatımızdan çox fərqlənir. Yeməkdən və dindən başlayaraq ən xırda detallara qədər”.
