4 noyabr 2013 15:15
Taher Gözel: İmarət Fan klubuna təşəkkür edirəm
"Qarabağ" futbol klubunun vitse-prezidenti Taher Gözel "Qarabağ" - "Qəbələ" görüşündən sonra oyun haqda fikirlərini bildirib. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Taher Gözel oyundan sonra bunları söyləyib:
"İmarət Fan klubunun gördüyü işlər heyranlıq hissi oyadır. Matç boyu komandamızı dayanmadan dəstəkləyən bütün azarkeşlərimizə və əsasən də İmarət Fan Klubuna təşəkkür edirəm. Ümid edirəm ki onların gördüyü iş nəticəsində həm səfər, həm də ev oyunlarımızda stadionları dolduracağıq. Yaxın gələcəkdə Biz onlara hər tərəfli dəstək olmağa hazırıq. İşlərində uğurlar arzulayıram".
