4 noyabr 2013 15:05
AFFA-da Sifariş kitabının hazırlanması müzakirə olunub (FOTO)
2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Sifariş kitabının hazırlanması bu gün AFFA-nın inzibati binasında İşçi Qrupun üzvləri və İngiltərədən dəvət olunmuş mütəxəssislərlə birgə müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli sərəncamı ilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Sifariş kitabının hazırlanması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib.
(AFFA rəsmi saytı)
