4 noyabr 2013 14:55

Saşa Yunisoğlu: Qolun adıma yazılmasına təəccübləndim

“Denizlispor”un azərbaycanlı müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına müsahibəsində komandasının futbol üzrə Türkiyə birinci divizionunun 11-ci turu çərçivəsində keçirilmiş oyunda “Karşıyaka” üzərində 1:0 hesablı qələbəsi haqda fikirlərini bölüşüb.
 
Oyun haqda nə deyə bilərsiniz?
Gözlədiyimiz kimi, oyun gərgin və maraqlı alındı. Rəqib yarış cədvəlində bizimlə qonşu idi. Onlar xallar qazanmaq üçün ev qələbəsinə susamışdılar. Yaxşı dəstək onlara üstünlük verirdi.
 
Nəyin hesabına qalib gəlmək mümkün oldu?
Fövqəladə köklənmənin hesabına. Bütün komanda üç xalı qazanmaq üçün yüz faiz can yandırmağın vacibliyini başa düşürdü.
 
Maraqlıdır ki, qol əvvəlcə sizin adınıza yazıldı.
Bəli, mən özüm də yüngülcə təəccüblənmişdim. Əlbəttə, öz adımı yeganə vurukmuş qol müəllifi kimi görmək xoş olsa da, bu həqiqət deyil. Əsas odur ki, biz qalib gəldik.
 
Növbəti oyunda siz “Manisaspor”la üz-üzə gələcəksiniz.
Bəli, bu komanda turnir cədvəlinin üst sıralarında qərarlaşıb. Rəqib kifayət qədər güclüdür. Ancaq indi bizə təhlükəli zonadan çıxmaq lazımdır. Özü də bütün komandalar yarış cədvəlində sıx məskunlaşıb. Altıncı və on altıncı komanda arasında fərq cəmi-cümlətanı altı xaldır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.