4 noyabr 2013 13:45
Xəzər Lənkəran rəhbərliyindən cəza dalğası
Bu gün “Xəzər Lənkəran” rəhbərliyi məşqçi qərargahı və oyunçularla görüşüb. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəhbərliyi Topaz Premyer Liqası çərçivəsində “Qarabağ” (0:3) və “Neftçi”yə (1:4) məğlubiyyətlə əlaqədar komandanı tənqid atəşinə tutub.
Məlumata görə məşqçilər və oyunçuları cərimə gözləyir. Cərimələr həm də əməkhaqqılarına şamil ediləcək.
